8 Sentyabr 2014 18:46
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Ersal bölgəsi ətrafında Hizbullah “İraq-Şam İslam Dövləti” (İŞİD) və əl-Nusra ilə şiddətli döyüşlər aparır.

Teleqraf.com-un haber.sol.org-a istinadən verdiyi xəbərə görə, silahlı qruplar arasında Ersal təpələri ətrafındakı Rahve və Rayan bölgələrində baş verən toqquşmalarda müxtəlif tipli silahlardan istifadə edilir.

Bir əl-Nusra liderinin Livan təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilməsindən sonra silahlı qruplar Livan ordusuna aid mərkəzlərə basqın edib, çox sayda əsgəri öldürüb və onlarla əsgəri də girov götürüb. Silahlı qrupların girov əsgərlərə qarşılıq Livan həbsxanalarındakı döyüşçülərin azadlığa buraxılmasını tələb etdiyi bildirilən bir vaxtda “İŞİD” dünən iki Livan əsgərinin başını kəsib.

Bundan sonra Livan ictimaiyyəti Hizbullahdan silahlı qruplara müdaxilə etməsini istədiyini bildirib.

Samir


Müəllif: