ABŞ mətbuatı İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl Bağdadi haqqında şok iddia ortaya atıb.
Axar.az xəbər verir ki, “World News Daily Report” saytının yaydığı məlumata görə, Bağdadi xristianlığı qəbul edən qardaşı Məhəmməd əl Bağdadi haqqında ölüm hökmü verib.
Əbu Bəkrin təşkilat üzvlərinə, “Artıq o mənim qardaşım deyil. Hər gün öldürdüyümüz amerikalı donuzlardan fərqi yoxdur” deyərək, qardaşının öldürülməsini əmr edib.
Bağdadi qardaşlarının 2003-cü ildə bir-birilərindən ayrıldığı, Əbu Bəkrin Bağdad Universitetində İslam Elmləri fakültəsində oxuduğu, Məhəmmədin isə ABŞ-ın Texas ştatında neft mühəndisi işlədiyi bildirilib.
Cim Stern adlı Yaxın Şərq mütəxəssisi bildirib ki, ABŞ həyat tərzini seçən Məhəmməd əl Bağdadi Federal Təhqiqat Bürosu tərəfindən qorunur.