16 İyun 2019 21:44
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt ölkədə vəziyyətin sabitləşdirilməsi səyləri çərçivəsində vasitəçi missiyası ilə Sudana səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində ƏDL-ın baş katibi Xartumda müvəqqəti hərbi şuranın nümayəndələri və etiraz hərəkatının aparıcı qüvvəsi olan “Azadlıq və dəyişiklik” alyansının liderləri ilə görüşəcək.

Onun əsas məqsədlərindən biri – keçid dövrünün hazırki vəziyyətini öyrənmək və gələcək hakimiyyət orqanlarının formalaşdırılmasında konsensusa gəlinməsi üçün tərəflərin mövqelərini yaxınlaşdırmaqdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər