9 Sentyabr 2014 16:31
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya oktyabrda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə ABŞ-a yardım edəcək.

Teleqraf.com-un “İtar-Tass”a istinadən verdiyi xəbərə görə, “İŞİD”-ə qarşı əsasən hava hücumları həyata keçiriləcək.

Bazar ertəsi Böyük Britaniyanın baş naziri Devid Kameron ölkənin bu mübarizədə mümkün iştirakı ilə bağlı İcmalar Palatasında səsvermə keçirməyə söz verib. Məlumatlara görə, Kameron bu məsələdə leyborist müxalifətin dəstəyini almaq niyyətindədir.

Xatırladaq ki, NATO-nun son sammitində “İŞİD”-ə qarşı birgə mübarizə aparmaq üçün koalisiya yaradılması ilə bağlı təkliflər irəli sürülüb. Bu təkliflərdə iştirak edəcək ölkələrin vəzifələri də öz əksini tapıb. Ümumi qərar isə BMT Təhlükəsizlik Şurasının sentyabrın 24-də baş tutacaq iclasında qəbul edilə bilər.

Samir


Müəllif: