Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətində içməli su qıtlığı yaranıb.
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, vilayəti içməli su ilə təmin edən Gökçedərə su anbarında 3 günlük su ehtiyatı qalıb.
Hazırda vilayətə içməli su fasilələrlə verilir.
Bir müddət əvvəl ölkənin meşə təsərrüfatı və su resursları naziri Veysəl Əroğlu deyib ki, Türkiyədə içməli su qıtlığı olmayacaq və su anbarları 50 faiz doldurulub.
Onun sözlərinə görə, ölkəni kəskin su qıtlığı gözləmir, elektrik enerjisinin istehsalı ilə bağlı problem də olmayacaq.
Türkiyə Meşə Təsərrüfatı və Su Resursları Nazirliyinin məlumatına görə, ölkədə 313 su anbarı, 203 kiçik göl var. Həmin göllər su anbarları kimi istifadə olunur.