Türkiyə Elm və Texnoloji Araşdırma Qurumu (TUBİTAK) dünyada bir neçə ölkədə mövcud olan lazer silahının hazırlanması istiqamətində ilkə imza atıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq bu istiqamətdə aparılan həyata keçirilən layihənin gedişatında uğurlar əldə edilib.
Məlumatda qeyd edilib ki, tezliklə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Türkiyə hökuməti qismində Milli Müdafiə Nazirliyi bu silahın reallaşması istiqamətində yaxından iştirak edir.
BƏXTİYAR