ABŞ-ın NATO-dakı nümayəndəsi Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemləri ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada Türkiyəyə növbəti dəfə xəbərdarlıq edilib:
“Gedişat Rusiyanın “S-400” sistemlərini Türkiyəyə təslim edəcəyini göstərir. “S-400”lər təslim edilsə, Türkiyənin “F-35” proqramındakı ortaqlığının dayandırılması ilə yanaşı, bir sıra nəticələri olacaq”.