9 Sentyabr 2014 18:43
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan və Hindistanda geniş ərasizini təsirini məruz qoyan şiddətli muson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 400-ü keçib.

Rəsmilər deyir ki, 200 nəfər Hindistanda və ən azı 205 nəfər isə Pakistanda ölüb.

Daşqın 500 mindən çox insanın təşvişə düşməsinə və minlərlə insanın evini tərk etməsinə səbəb olub. Pakistan və Hindistan qüvvələri qayıqlar və vertolyotlardan istifadə edərək zərərçəkənləri evakuasiya edib və ərazidən çıxa biləyənlərə ərzaq təchizatı çatdırıb.

Daşqınlar həmçinin ikiyə bölünən Kəşmir regionunun hər iki tərəfinə ciddi ziyan vurub. Regionda kəndlər bütünlüklə suyun altında qalıb. Ən güclü dağıntılar Pancab vilayətində qeydə alınıb.

Rəsmilər deyib ki, minlərlə ev dağılıb və ya yararsız hala düşüb.


Müəllif: