Türkiyənin maliyyə naziri, Prezident Rəcəb Tayyib Ərdoğanən kürəkəni Berat Albayrakın Tvitter hesabında paylaşdığı foto müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, qatar qəzasında qızını itirən bir qadın Albayrakın paylaşdığı fotoya reaksiya verib.
Ailəsi ilə fotosunu paylaşan nazir bunları yazıb:
“Ailəmizin sənət ruhlu, zərif üzvü Mehinbanumuz orta məktəbdən məzun oldu”.
Qəzada itirdiyi qızı Zeliha Bilginlə fotosunu paylaşan qadın isə Berat Albayrakın paylaşımına bu rəyi yazıb:
“Mənim qızım isə attestatını ala bilmədi. “Qənaət” deyib gözətçilərin işinə son verdiniz, mənim balam da alacaqdı gözlədiyi attestatını… Əlbəttə, Türkiyə Dəmir Yolları bir gün 25 cana öz hesabını ödəyəcək. Bəlkə mənə yox, amma rəbbimə bunun cavabını verəcəksiniz”.
Qeyd edək ki, keçən il iyulun 8-də Türkiyədə baş vermiş qatar qəzasında 25 nəfər həyatını itirib.