9 Sentyabr 2014 21:09
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama və administrasiyanın yüksək səviyyəli rəsmiləri İraq və Suriyada İslam Dövləti qrupuna qarşı strategiyanı müzakirə edir.

Prezident Obama İslam Dövləti qrupunun Suriyanın şərzində istinadgahına hava hücumlarını nəzərdən keçirir. Prezident Obama deyib ki, onun məqsədi yaraqlıları zəiflədib məğlub etməkdən ibarətdir.

ABŞ prezidenti Dövlət katibi Con Kerri, Konqresdə demokratların və respublikaçıların liderləri Herri Rid və Mİtç Makkonnell, Nümayəndələr Palatısının spikeri Con Beyner və Nümayəndələr Palatasında nüfuzlu demokrat Nensi Pelozi ilə müzakirələr keçirir.

Cənab Obama hücuma keçmək üçün səlahiyyətə malik olduğunu deyib. Lakin bəzi ABŞ qanunvericiləri Suriyada hər hansı bir missiyaya başlamazdan əvvəl Konrqesdə Birləşmiş Ştatların regionda siyasəti ilə bağlı geniş debatın keçirilməsinə çağırır.


Müəllif:

Oxşar xəbərlər