9 Sentyabr 2014 21:59
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçu PKK təşkilatının 10 üzvü Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.

ANS PRESS-in məlumatına görə, PKK-dan qaçan 10 nəfərin Habur Qara Hudut Qapısının Polis şöbəsinə təslim olması barədə açıqlama verilib.

Təslim olan PKK-çıların martın 21-dən sentyabrın 9-na kimi terror təşkilatında fəaliyyət göstərib. Məlumatda bildirilir ki, təslim olanların 2-i qadındır və onların uşaqları var.

İndiyə kimi Habur Qara Hudut Qapısının Polis şöbəsinə 305 PKK üzvü təslim olub.


Müəllif:

Oxşar xəbərlər