Axar.az Rusiya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon söhbətində Putin Rusiya Federasiyasının Ukraynadakı böhranın sülh yolu ilə nizamlanmasına yardım göstərməyə hazır olduğunu bildirib.
Prezidentlər həmçinin Kiyevin AB ilə assosiasiyası ilə bağlı meydana çıxmış məsələlərin həlli üzrə işləri davam etdimək haqqında razılığa gəliblər.
Söhbətin gedişində Ukrayna daxilindəki münaqişə tərəflərinin ölkənin cənub-şərqində davamlı atəşkəs rejmini təmin etməsinin zəruriliyi də qeyd edilib.
Xatırladaq ki, avqustun 23-də Ruusiyanın göndərdiyi ilk humanitar yardım döyüşlərdən zərər çəkmiş əhaliyə qida, geyim çatdırıb. Humanitar yardım karvanı 280 yük maşınından ibarət idi. Minsk danışıqlarının iştirakçıları Rusiyadan Ukraynanın şərqinə yollanacaq daha iki humanitar yardım karvanının təşkil edilməsi haqqında razılığa gəliblər.