10 Sentyabr 2014 09:14
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali dini lideri Əli Xamneyiyə teleqram vurub.

Ərdoğan bu addımı ali dini liderin keçirdiyi əməliyyata görə atıb.

Türkiyə Prezident Administrasiyası mətbuat mərkəzindən verilən xəbərə görə, tibbi əməliyyatın uğurla başa çatmasına görə məmnunluq hissetdiyini bildirən prezident Ərdoğan ali dini lider Əli Xamneyiyə ən qısa vaxtda yenidən sağlığına qovuşmasını arzulayıb.

Xatırladaq ki, Ayətullah Əli Xamneyi sentyabrın 7-də prostat vəzindən əməliyyat olunub. /anspress/


Müəllif: