İraqın paytaxtı Bağdad şəhərində baş verən partlayış nəticəsində 9 nəfər həlak olub.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bomba bağlanmış 3 avtomobilin partladılması nəticəsində 29 nəfər ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.
Polis səlahiyyətliləri verdiyi açıqlamada partlayışların bir neçə dəqiqə fasilə ilə baş verdiyini bildirilir. Partlayışların ABŞ dövlət katibi Con Kerrinin İraqın yeni baş naziri Heydər əl Abadini dəstəkləmək üçün Bağdada gəlişinin ardından baş verməsi diqqəti çəkib.
Samir