16 İyul 2019 14:32
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin çatdırılması prosesi davam edərkənŞ bəlli olub ki, ABŞ-dan yüksək səviyyəli heyət bu həftə Ankaraya gəlir.

Teleqraf.com xəbər verir ki, ABŞ-dan gələcək heyətin tərkibində hərbçilər və siyasətçilər olacaq.

Heyət əsasən, Türkiyə Xarici İşlər və Müdafiə Nazirliyində görüşlər keçirəcək.

S-400 komplekslərinin Türkiyəyə çatdırılması prosesi ilə paralel olaraq ABŞ-dan Türkiyəyə ilk səfər edəcək heyət əsasən F-35 proqramı, Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsizlik bölgəsi və S-400 kompleksləri ətrafında müzakirələr aparacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər