11 Sentyabr 2014 10:01
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtı Varşavada yeni yol inşaatı texnologiyası marağa səbəb olub. Polşa Milli Yollar və Magistrallar Direktoratının tətbiq etdiyi yeni texnologiyalı asfalt örtüyünün düz 18 illik zəmanəti var. Heç bir əsaslı yenidənqurma aparılmadan, həmin asfalt örtüyünün 50 ilədək davam gətirəcəyi iddia edilir.

ANS PRESS-in məlumatına görə, Polşa Texniki Araşdırma İnstitutunun aliminin kəşf etdiyi 8 santimetr hündürlüyündə olan bu xüsusi asfalt örtüyü təzyiqi neytrallaşdırmaq və yollara dəyən ziyanın qarşısını almaq qabiliyyətinə malikdir.

S8 adlandırılan yeni yol örtüyü əvvəlkilərdən 20% baha başa gəlir, lakin onlardan daha uzunmüddətli olduğu üçün sərfəlidir.

Sınaq məqsədilə çəkilən yeni asfalt örtüyünü hələlik yalnız Varşava yaxınlığındakı Yanki bölgəsində görmək olar. Müsbət nəticələr əldə edilərsə, Opaçsdan Paskova kimi bütün yola S8 unikal asfalt örtüyü çəkiləcək.


Müəllif:

Oxşar xəbərlər