Ermənistan ordusunun hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan Feysbuk səhifəsində yazıb.
O, 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını qeyd edib.
Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.