8 Avqust 2019 15:40
2 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın iştirak etdiyi əvvəlki danışıqlar formatından uzaqlaşmaq istəyir. Məhz bu fikir Qərbdə gizli şəkildə dəstəklənir. Bu, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın istefasından sonra Minsk Qrupunun son 20 ildə etdiyi bütün səyləri sarsıdır, buna baxmayaraq, Paşinyan Rusiyaya alternativ tərəfdaşlar axtarmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.

Ekspertin sözlərinə görə, Paşinyan ABŞ və Fransadan, bu ölkələrdəki erməni diasporlarından kömək umur, lakin bu ölkələrin Qarabağla bağlı real sövdələşmələr aparmaq ehtimalı yoxdur:

“Paşinyandan anti-Rusiya məqsədləri üçün istifadə etməyə çalışırlar. Bəs onun Azərbaycan və Türkiyə ilə mübarizə aparmağa gücü varmı? Paris və ya Vaşinqtonda buna uyğun bir ruh halının olduğunu düşünmürəm”.

Fenenko, eyni zamanda Paşinyanın növbəti addımında yenə də ATƏT-in Minsk Qrupu daxilindəki qüvvələr balansını dəyişdirməyə cəhd edəcəyini də istisna etməyib:

“Bildiyiniz kimi, Minsk Qrupunun üç həmsədri var: Rusiya, Fransa və ABŞ. Sərkisyanın rəhbərliyi altında Ermənistan daha çox Rusiya ilə qarşılıqlı əlaqəyə yönəlmişdi. İndi o (Paşinyan), digər iki həmsədrin sözlərini daha çox dinləyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər