Türkiyə avqust-sentyabr aylarında Rusiyadan “S-400” zenith-raket sistemlərinin ikinci partiyasını təhvil alacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.
Akar qeyd edib ki, Türkiyə hazırda Rusiyadan alınan “S-400” sistemlərini yığmağa davam edir və zenit-raket sistemlərinin yerləşdiriləcəyi yerləri seçir.
Bundan əvvəl Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev qalan sistemlərin yaxın aylarda Türkiyə tərəfinə veriləcəyini söyləyib.