Hindistanın Himaçal-Pradeş ştatında şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda 20 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
Bildirilir ki, ştatın paytaxtı Şimlada 8 nəfər həyatını itirib.
Torpaq sürüşməsi və selə görə 14-ü magistral olmaqla bütövlükdə 600-dən artıq yol bağlanıb. 1,4 mindən çox insanın xilasedicilərin köməyinə ehtiyacı var. Hazırda isə ştatın 530-dən çox vətəndaşı evakuasiya olunub.