Rusiyanın 70 yük maşınından ibarət humanitar yardım karvanı sərhəd məntəqəsini keçərək, Ukraynaya daxil olub.
Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, humanitar yardım karvanı rus və ukraynalı gömrükçülər tərəfindən yoxlanıldıqdan sonra Luqansk istiqamətinə hərəkət edib.
Hazırda Donbasa nəzarət edən separatçılar yolboyu humanitar yardım karvanını müşayiət ediblər.
Qeyd edək ki, ilk rus humanitar yardımı Ukraynaya avqustun 23-də daxil olmuşdu.