Böyük Britaniya Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının rəhbəri Patrik Sanders Hökumət yanında Fövqəladə Kabineti (COBRA) Rusiyanın kiberməkanda yeni böyük oyuna başlaması təhlükəsi səbəbilə bir illik rejimə keçməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
P.Sanders İngiltərə hökumətini bütün hərbi və mülki resursları artırmağa, Rusiya və ya Çinin böyük oyununun yeni formasını başlayacaqları təqdirdə dərhal reaksiya vermək üçün daimi milli qurum yaratmağa çağırıb.
Onun sözlərinə görə, Britaniyanın kibertəhlükəsizliyi üçün təhdid düşmən dövlətlərdən, eləcə də ekstremistlərdən gələ bilər.
O, həmçinin İngiltərə xüsusi xidmət orqanlarının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliyanın 2018-ci ildə Solsberidə zəhərlənməsi ilə əlaqədar vəziyyətə “inanılmaz dərəcədə effektiv” reaksiya verdiyini bildirib.