Türkiyənin hüquq-mühafizə orqanları Mardində iki terrorçunu ələ keçirib.
Teleqraf.com xəbər verir ki, yayılan məlumata görə, PKK/KCK terror təşkilatının hərəkət fəaliyyətlərinin deşifr edilməsi və zərərsizləşdirilməsi yönündə Türkiyənin Milli İstihbarat Təşkilatı və digər polis qüvvələri dünən ortaq əməliyyat keçirərək şəhərlərdə terror hadisələri törətməklə vəzifələndirilmiş iki terrorçunu tutub.
Meşə yanğınları üçün xüsusi təlim aldıqları və şəhərlərdə partlayışlar həyata keçirəcəkləri aşkarlanan separatçı terror təşkilatı üzvlərinin meşə yanğınlarına başlamağa hazırlaşdıqları müəyyən edilib.