12 Sentyabr 2019 20:45
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə səfərdə olan NATO Parlament Assambleyasının sədri Madlen Mun sentyabrın 12-də Gürcüstanın Baş Naziri Georgi Qaxariya ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Gürcüstanın Avratlantik strukturlara inteqrasiyası, bu ölkədə həyata keçirilən demokratik islahatlar müzakirə edilib.

Söhbət zamanı regiondakı mövcud problemlər, humanitar vəziyyət, təhlükəsizlik və işğal altında olan ərazilərdəki vəziyyət diqqət mərkəzində olub.

NATO PA sədri regionda sabitliyin bərqərar olması istiqamətində atılan bütün addımları, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiklərini vurğulayıb.

Gürcüstanın NATO-ya inteqrasiyası, hökumətin bu istiqamətdə həyata keçirdiyi islahatlar yüksək qiymətləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər