15 Sentyabr 2019 00:25
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp enerjiyə qənaət edən lampaların “iyrənc işığı” səbəbindən “daim narıncı göründüyünü” bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“İnsanlar soruşurlar: lampalarla bağlı nəsə qaydasında deyil? Mən onlara məsələnin nə yerdə olduğunu izah edirəm: bizim istifadə etməyə məcbur olduğumuz lampalar iyrənc işığa malikdir. Mən həmişə narıncı görünürəm”, – deyə Tramp bildirib.

Tramp, həmçinin bildirib ki, onunla birlikdə olan tədbirin digər iştirakçıları da lampanın işığına görə narıncı rəngdə görünürlər.

Telekanal qeyd edir ki, Trampın saçının və dərisinin narıncı çaları “tez-tez onun tənqidçiləri arasında zarafata çevrilir”.

Bundan bir qədər əvvəl isə Tramp öz saç düzümü ilə öyünmüşdü.


Müəllif: Səxavət