Zimbabvenin sabiq Prezidenti Robert Muqabe bir ay ərzində tikiləcək mavzoleydə dəfn ediləcək.
Bu barədə “Telegraph” nəşri məlumat yayıb.
Qeyd edək ki, R. Muqabe sentyabrın 6-da 96 yaşında vəfat edib, sentyabrın 14-də paytaxt Hararedə stadionda vida mərasimi keçirilib.
Xatırladaq ki, R. Muqabe 1980-87-ci illər aralığında Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub. O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib./apa/