15 Sentyabr 2019 18:55
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Andhra Pradeş ştatında səyahət gəmisinin batması nəticəsində ən azı 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə Qodavari çayında baş verib. Göyərtəsində təxminən 60 nəfərin olduğu gəmi Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru gedirmiş. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Bildirilir ki, qəzaya səbəb son günlər şiddətli yağışlar səbəbindən həmin çayda iti su axını olub.


Müəllif: Teleqraf.com