15 Sentyabr 2019 19:42
1 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan S-400 zenit raket komplekslərinin ikinci batareyasının avadanlıqlarının Türkiyəyə göndərilməsi prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

"S-400 uzunmənzilli raket kompleksinin ikinci batareyasının avadanlıqlarının Mürtəd hava limanına – Ankaraya çatdırılması bu gün tamamlanıb", - deyə məlumatda qeyd olunub.

İlkin hesablamalara görə, Rusiya S-400 kompleksləri Türkiyədə 2020-ci ilin aprelində tam yerləşdiriləcək.


Müəllif: Teleqraf.com