19 Sentyabr 2019 17:23
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyindəki yüksək çinli mənbə Səudiyyə Ərəbistanındakı ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin neft obyektlərinə edilən dron hücumunun qarşısını hansı səbəbdən ala bilmədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mənbə ABŞ hava hücumundan müdafiə sisteminin bəyan edilmiş xarakteristikaya uyğunsuzluğu və kiçik ölçülü hava hədəfləri ilə mübarizədə aşağı səmərəliliyi səbəbindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücumların qarşısını ala bilmədiyini vurğulayıb.

Qeyd edilib ki, ABŞ hava hücumundan müdafiə sistemləri neft zavodlarına hücum edən dronları məhv etmək üçün havaya onlarla pilotsuz uçuş aparatı və qanadsız raketlər qaldırıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo daha əvvəllər “bəzən hava hücumundan müdafiə sistemləri dünyada bir-birinə zidd nəticələr göstərir” deyib. Ancaq Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, bu cür bəhanələr yalnız “Patriot” raket kompleksi haqqında danışarkən qəbul edilə bilər.

Onun sözlərinə görə, Birləşmiş Ştatların sayəsində Səudiyyə Ərəbistanının şimalında “regionda ən güclü hava hücumundan müdafiə sistemi olan, ölkənin bütün ərazisini radiolokasiya sahəsi ilə örtən müdafiə sistemi” qurulub.

“Səudiyyə Ərəbistanının şimal sərhədi indi Amerikanın “Patriot” zenit-raket sistemlərinin 88 buraxılış məntəqəsi ilə əhatə olunur. Onlardan 36-sı PAC-2, digər 52-i isə sonuncu nəsil PAC-3 modifikasiyalıdır”, – deyən mənbə Fars körfəzinin Səudiyyə Ərəbistanı sahilində “Aegis” raketdən müdafiə sistemi və SM-2 modifikasiyalı 100 raketlə təchiz edilmiş daha üç ABŞ Hərbi Dəniz Qüvvələrinin 3 esminesi lövbər çəkir.

Nazirlikdəki mənbə əlavə edib ki, bu sistemlər real döyüş vəziyyətində düşmənin kütləvi şəkildə hava hücumundan müdafiə vasitələrini dəf etməyə hazır deyil.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanında dronlar “Saudi Aramco” dövlət neft-qaz şirkətinin iki emal zavoduna hücum edib, bundan sonra zavodlarda yanğınlar baş verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər