Tanzanyada sevgilisinə suyun altında evlənmə təklifi etmək istəyən Stiven Veber adlı şəxs havasız qalaraq həyatını itirib.
Teleqraf.com xəbər verir ki, sevgilisi Keneşa Antoina ilə Tanzanyaya tətilə üz tutan gənc evlilik təklifi edərkən boğularaq can verib.
Hadisə Zənzibar adasındakı sualtı oteldə baş verib. Sevgilisi otaqda ikən suya baş vuran Veber pəncərəyə onu sevdiyinə dair mesaj yazılmış vərəq yapışdırıb.
Keneşa Antoina cibindən üzük çıxaran sevgilisini görərkən telefonunun kamerası ilə onu çəkməyə başlayıb.
Havasız qalan Veberə heç kəs kömək edə bilməyib. Keneşa Antonia sevdiyi şəxsin ölüm xəbərini sosial şəbəkələrdə paylaşaraq "Sənə milyon dəfə "hə" deyirəm" qeydini yazıb.