23 Sentyabr 2019 10:54
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi hissəsində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hərbi hissənin əsgəri Hayk Xaçatryan güllə yaraları ilə ağır vəziyyətdə döyüş mövqeyindən xəstəxanaya yerləşdirilib.

Məlumata görə, əsgər xidməti yerində qarın boşluğundan yaralanıb.

Cinayət olayının təfərrüatı məlum deyil, araşdırma aparılır.

Qeyd olunub ki, Hayk Xaçatryan görmə problemləri olsa da, bir neçə ay əvvəl ordu sıralarına çağırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu