24 Sentyabr 2019 13:05
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı baş verən olaydan danışıb.

Teleqraf.com xəbər verir ki, İmamoğlu prezidentin bir sıra şəhərlərin bələdiyyə sədrləri ilə görüşündə oturduğu stulun qırılmasına da toxunub.

Bələdiyyə sədri hələ də ölkədə müzakirə olunan “qırıq stol” olayı haqda bunları deyib:

“Mənim üçün bəzi sözlər deyildi, adımı “qırıq stullu” qoydular. Mən oturduqdan sonra hörmətli prezident çıxışa başladı. Bundan sonra jurnalistlər müzakirə salonundan çıxarıldı və ilk çıxışımı etdim.

Digər çıxışlar başlayanda bu olay baş verdi, oturduğum stul qırıldı. Ayağa qalxmaq istəyəndə hörmətli Büyükerşendən tutmaq istədim, baxdım ki, onu da çəkib yıxa bilərəm, bundan imtina etdim. Hörmətli preziden bu əsnada “Stulu qırdın, israfçılıq etdin”, dedi. Mən onun “Keçmiş olsun” deməyini gözləyirdim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər