30 Sentyabr 2019 14:15
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Kaduna şəhərində yetkinlik yaşına çatmamış 500 oğlan uşağı işgəncə gördükləri dini (İslam) təhsil aldığı və islah evi kimi istifadə olunan binadan xilas edilib.

Teleqraf.com xəbər verir ki, işgəncəyə məruz qalan şəxslərin burada cinsi zorakılığa uğradığı da açıqlanıb.

Polisin apardığı istintaq nəticəsində qurumun islah evi və ya təlim mərkəzi kimi rəsmi qaydada qeydə alınmadığı aşkar olunub.

Polis binada saxlanılan şəxslərin köləliyə məcbur edildiyi və ayaqlarının zəncirləndiyini bildirib. Bəzi hallarda isə şagirdlərin günlərlə küçələrdə dilənçiliyə məcbur edildiyi məlum olub.

Olaydan sonra Nigeriya hökuməti bölgədəki digər məktəbləri araşdırmaq göstərişi verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər