16 Sentyabr 2014 17:17
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astana şəhərində 76 saylı orta məktəbin şagirdlərindən biri sinif yoldaşını qətlə yetirib.

Teleqraf.com-un lenta.ru-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər daxili işlər departamenti məlumat verir.

Məlumatda deyilir ki, 8-ci sinif şagirdləri arasında mübahisə baş verib. Nəticədə onlardan biri digərinin sinəsindən qələm ilə vurub. Yara daxilə nüfuz etdiyindən xəsarət alan azyaşlı hadisə yerində ölüb.
Baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.

Qazaxıstan prokurorluğundan verilən açıqlamada son vaxtlar yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın, qanunsuz narkotik dövriyyənin və qətllərin sayının artdığı bildirilir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər