ABŞ-da cinayətdən mühakimə olunan bir məhkum keçmiş sevgilisini öldürüb, daha sonra isə onun orqanlarını bişirib yeyib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 33 yaşlı Cozef Oberhansley, 46 yaşlı keçmiş sevgilisi Tammi Blantonu bıçaqla öldürüb. Sonra isə ürəyini, ağciyərini və beynini yeyib.
Blanton səhər işə getməyincə iş yoldaşları polisə müraciət edib. Qətl baş verən ünvana gələn polis Oberhansleyi həbs edib. Araşdırma aparan polis dəhşətli mənzərəylə qarşılaşıb.
Polis hamamda qadının cəsədini və sınmış kəllə sümüyünu tapıb.
Cozef qadının beynini bişirib yediyini etiraf edib. Məhkəmədə isə cinayətini qəbul etməyən Cozef hər şeyi təkzib edib.
Qeyd edək ki, C.Oberhansley 1998-ci ildə 17 yaşındakı sevgilisini doğuşdan sonra silahla öldürüb. Qatil 2012-ci ildə 500 dollar ödəyərək prokuror müavininin etiraz etməsinə baxmayaraq sərbəst buraxılıb.
Rüstəm
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.