17 Sentyabr 2014 21:38
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qardaş 4 yaşlı uşağa təcavüz edib

Publika.az xəbər verir ki, bu dəhşətli hadisə Türkiyənin Mersin şəhərində baş verib. Məlumata görə, Mersinin Toroslar bölgəsində yerləşən "Nur" məscidində 4 yaşlı Ç.T. iki gün əvvəl 15 yaşlı Ö.B. və 16 yaşlı E.B. qardaşlarının cinsi istismarına məruz qalıb. Hadisənin gün üzünə çıxmasından sonra həbs edilən Ö.B və E.B. tibbi ekspertiza üçün xəstəxanaya aparılıb. Müayinədən sonra iki gənc oğlanın təcavüz hadisəsində təqsirli olduğu bəlli olub.

Azyaşlı övladlarının zorlandığını öyrənən ailə şübhəli E.B.-nin evini yandırıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını nəzarətə götürüblər. Hüquq-mühafizə orqanları yanğınsöndürənlərə mane olmaq istəyən azyaşlı uşağın ailəsinə təzyiqli su ilə müdaxilə edib. Getdikcə gərginləşən olay qısa müddətdə qarşıdurmaya çevrilib. Hadisə yerinə çox sayda polis briqadası cəlb edilib. Bir neçə saat davam edən qarşıdurma nəticəsində bir polis əməkdaşı ağır yaralanıb.

Faktla bağlı araşdırma davam edir.


Müəllif: