4 Noyabr 2019 12:20
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp bir il sonra – 2020-ci il noyrabın 3-də keçiriləcək seçkidə qalib gələcəyinə “tamamilə əmin olduğunu” söyləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

ABŞ-ın dövlət başçısından ikinci müddətə yenidən seçilə biləcəyinə əmin olub- olmadığı soruşulub, o, isə suala belə cavab verib:

“Mən tamamilə əminəm. Sorğulara görə hər şey çox yaxşıdır. İnsanlar impiçment barədə eşitmək istəmirlər. İmtina haqqında danışmaq istəyən yalnız yalançı media və əsasən, bu mediada çalışan demokratlardır. Demokratların media ilə işləməsinə baxıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər