Fransanın Tuluza şəhərində Morqan adlı qadın küçədə PKK terror təşkilatının hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, fransalı qadın terror təşkilatının tərəfdarlarına yaxınlaşaraq “PKK terrorçudur” deyərək “Nə xoşbəxt türkəm deyənə” qışqırıb.
PKK tərəfdarları qadına zərbələr endirib. Ətrafdakı iki nəfər qadını zorla PKK tərəfdarlarının əlindən alıb.
Hadisə yerinə gələn fransalı polislərin heç bir müdaxilə etməməsi sosial mediada qınaqla qarşılanıb.