21 Noyabr 2019 14:07
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə binası qarşısında torpaq mübahisəsi səbəbindən iki qrup arasında dava düşüb, silahlardan istifadə edilib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Batman şəhərində baş verib.

Qrupların bir-birinə qarşı silahdan istifadə etməsi nəticəsində Əbdülqədir Özərdəm və adları bilinməyən daha 3 nəfər yaralanıb.

Polis bina qarşısında təhlükəsizlik tədbirləri həyata keçirib, qarşıdurmaya müdaxilə edib. Yaralılar təcili tibbi yardımla xəstəxanalara aparılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən Əbdülqədir Özərdəm xəstəxanada ölüb.

Silah tətbiq edən və savaşda aktiv rol alan bəzi şəxslər polis tərəfindən saxlanılıb.


Müəllif: Cavad