19 Sentyabr 2014 10:20
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimalında silahlı şəxslərin kollecə hücumu nəticəsində 15 nəfər öldürülüb.

Teleqraf.com-un BBC-ə istinadən verdiyi xəbərə görə, hücumçular qaçmaq istəyən tələbələrə atəş açıb və partlayış törədiblər. Hadisə zamanı 35 nəfər yaralanıb.

Polis bildirib ki, hücumçulardan ikisi hadisə yerində öldürülüb.

Regionun əsas şəhərlərindən olan Kanoda həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Yerli mənbələr Boko Haram terror qrupundan şübhələndiyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər