İrəvanda avtomobil idxalçıları Ermənistan Dövlət Gəlirlər Komitəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Etirazçılar Gümrüdəki yeni avtomobil gömrüyünün işindən narazıdırlar.
Onlar İrəvandakı Xorenasi küçəsini bağlayıblar.
Qeyd edək ki, cari ilin sentyabrında avtomobil idxalçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirmişdi.