19 Sentyabr 2014 14:51
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medvedev Ukrayna malları üçün rüsumların tətbiqi haqqında qərarı imzalayıb.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonası haqqında əsasnamə erkən həyata keçirilərsə, o zaman qərar qüvvəyə minəcək.

Bu barədə Rusiyanın baş naziri D.Medvedev bu gün Soçidə beynəlxalq investisiya forumunda bəyan edib:

“Məlumat vermək istəyirəm ki, mən bu gün Ukrayna malları üçün ticarət rüsumlarının tətbiqi haqqında qərarı imzaladım. Bu adi ticarət məhdudiyyətləridir. Mən Aİ ilə Ukrayna arasındakı bu müqaviləyə qarışa bilmərəm. Rusiya Ukrayna və Aİ ilə azad ticarətin 2016-cı ildən başlanması haqqında razılaşıb. Əgər bu razılaşma pozularsa, biz də Ukrayna mallarına rüsum tətbiq edəcəyik”.

Xatırladaq ki, Ali Rada 2014-cü ilin sentyabrın 16-da Ukrayna ilə Aİ arasında azad ticarət zonası haqqında əsasnamə qəbul edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: