20 Sentyabr 2014 12:29
2 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uqandalı kişilər bazardakı prezervativlərin kiçik olmasından şikayət edirlər.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Uqanda parlamentinin HİV və AİDS-lə Mübarizə Komitəsinin üzvü, millət vəkili Tom Aza virusun ən çox yayıldığı bölgələrə getdiklərində maraqlı bir problemlə qarşılaşdıqlarını söyləyib.

Standart prezervativ hər kəsə uyğun gəlmədiyini bildirən millət vəkili : “Bu bölgədə yaşayan kişilərin daha böyük cinsi orqanları olduğundan, böyük prezervativ ehtiyac duyurlar” deyib.

Komitənin digər üzvü Sara Netalisil də “problem üzündən gənclərimiz HİV və AİDS-ə tutulur” deyə bildirib.

Şikayətlərin ardindan Uqanda parlamenti işə qarışıb və daha böyük prezervativlər istehsalı üçün müvafiq qərarlar verəcəyi gözlənilir.

Uqandada hər il təxminən 80 min adam AİDS-dən həyatını itirir. 1,8 milyon insanın HİV virusuyla yaşadığı ölkədə 1 milyon uşaq ata-analarını AİDS-dən itirdikləri üçün yetim qalıb.

Qeyd edək ki, prezervativ ölçüləri daha əvvəl də Hindistanda problemə çevrilmişdi.

Hindistanda 2006-ci ildə aparılan araşdırma zamanı Mumbaydaki kişilərin 60 faizinin cinsi orqanının beynəlxalq prezervativ ölçüsündən ən az 2.4 santimetr qısa olduğunu ortaya çıxıb. 30 faizində isə standart prezervativ ölçüsündən 5 santimetr qısa olduğu təyin olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər