Ukrayna hökuməti Luqansk vilayətinə növbəti humanitar yardım maşınını göndərib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Pyotr Poroşenkonun Ukraynanın şərqində vəziyyətin nizama salınması üzrə nümayəndədi İrina Qeraşenko açıqlama verib.
Onun sözlərinə görə, rəsmi Kiyev Luqansk vilayətinə yüklə dolu ilk 10 maşın göndərib.
Qeraşenko bildirib ki, humanitar yardım karvanı artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin anbarındadır və ehtiyacı olanlara paylanacaq.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna hökuməti Luqanska humanitar yardım göndərdiyini bəyan etmişdi. Lakin sonradan məlum olmuşdu ki, "Aydar" batalyonunun döyüşçüləri humanitar yardım dolu maşınları ələ keçiriblər.
Nihad