Əsədə sadiq ordu hissələrinin Hamada Şəfa Xəstəxanasına "vakum bombası" ilə təşkil etdiyi hücumda ilkin məlumatlara görə 10 nəfər həyatını itirib.
Teleqraf.com Anadolu agerntliyinə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı yazılı açıqlama verib. Yaralı sayına dair məlumat verilməyən açıqlamada, ölü sayının artmasından narahatlıq ifadə edilib.
Suriya Ümumi İnqilab Şurasından (SRGC) verilən açıqlamada isə orduya aid döyüş təyyarələrinin İdlib ətrafında yaşayış yerlərinə etdiyi hücumlar nəticəsində Serakib rayonunda 19, İhsim mahalında də 15 nəfərin həyatını itirdiyi və çox sayda insanın yaralandığı bildirilib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.