Terror təşkilatı İŞİD 16 iyunda ələ keçirdiyi və türkmənlərin yaşadığı Telafər qəsəbəsində vəziyyətin getdikcə ağırlaşdığı bildirilir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən məlumatına görə, bölgədən qaçan şahidlər qeyd edir ki, şiə türkmənlərin boz qalan evlərinin terrorçular öz şəxsi mülkünə çevirib.
Telafərdə qalan sünni türkmənlər isə İrak ordusunun hava hücumlarına hədəf olmamaq üçün bölgəni tərk etmək istəyir. Ancaq İŞİD hava hücumuna qarşı türkmənləri “canlı qalxan” olaraq istifadə etdiyi üçün onlara qəsəbəni tərk etməyi qadağan edib. Həmçinin terror təşkilatı son iki həftə ərzində polis, əsgər, türkmən siyasətçiləri və aralarında aşirət rəhbərlərinin olduğu 30 nəfəri həbsxanaya salıb və onlardan heç bir xəbər yoxdur.
AZAD