22 Sentyabr 2014 16:24
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) sözçüsü Şeyx Adnan Avropa Birliyi və Amerikaya tükürpədici mesaj verib.

Teleqraf.com timeturk.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı RAİ agentliyinin müxbiri Elijah J. Magnier Twitter sosial şəbəkəsində paylaşıb.

Şeyx Adnan bu müharibənin başlamasının əsas səbəbkarlarının avropalı və amerikalıların olduğunu deyib: “Amerikalılar, avropalılar gərginliyi bu dərəcəyə gətirən sizsiniz, bu gərginliyi siz başlamısınız, elə məhz bu üzdən əsl günahı siz qazanırsınız və bunun cəzasını mütləq çəkəcəksiniz”.

Təhdid dolu mesajda Şeyx Adnan bunun cəzasını ödəməyin bir neçə yolunu göstərib: “Bunun cəzasını iqtisadiyyatınızın çökməsi, uşaqlarınızın, oğullarınızın bizimlə savaşmağa gəlib şikəst şəkildə sizlərə qayıtmaları, hətta tabutda dönmələri, ya da amansız ağır xəstəliklərə tutulması ilə ödəyəcəksiniz".

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər