Türkiyə Baş Nazirliyi yanında Fövqəladə Hallar üzrə Komissiya İraqa münaqişələrin başladığı gündən 150 yardım avtomobili göndərib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə komissiyanın Humanitar Yardım Mərkəz koordinatoru Əbdülhəmid Gündüz məlumat verib.
Ərzaq yardımı ilə yanaşı, qış mövsümünün yaxınlaşması səbəbindən çadırlara da üstünlük verdiklərini qeyd edən Gündüz İraqdakı türkmən və yezidilər üçün təxminən 48 min çadır göndərəcəyini deyib.
Gündüz İraqa həmçinin təmizlik dəsti, dərman, tibbi ləvazimat, yataq və adyal da göndərdiklərini sözlərinə əlavə edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.