3 Yanvar 2020 12:24
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada daşqın qurbanlarının sayı 43 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti ölkənin Sosial Təminat Nazirliyi və Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyinə istinadən xəbər yayıb.

Məlumatda İndoneziyanın 15 bölgəsindən olan 400 mindən çox sakinin evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd olunub.

Daha əvvəl 26 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

İndoneziyada daşqınlar 31 dekabr 2019-cu ildə başlayıb. “Sinxua” Agentliyinin verdiyi məlumata görə, 90 rayonda yağış yağıb, çayların çoxu öz məcrasından çıxıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər