İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin dəfn tarixi və yeri məlum olub.
Teleqraf.com xəbər verir ki, iranlı general dekabrın 5-də İranın Kirman şəhərində dəfn ediləcək.
Süleymaninin ailəsi generalın ilk anım mərasiminin Bağdadda keçiriləcəyi, sonra cənazənin Tehrana aparılacağı barədə məlumat yayıb.
Eləcə də Tehran Universitetində İranın Ali dini lideri Əli Xameneinin iştirakı ilə Süleymani anılacaq.